Vaşinqtonun Tehrana artan təzyiqi fonunda İran valyutası xarici valyutalara qarşı rekord səviyyədə ucuzlaşıb.
“BUTA.TV” “Shafaq News”a istinadən xəbər verir ki, Tehranın açıq bazarında rialın məzənnəsi 1 dollara qarşı 2,2 milyon rialı (220 000 tüməni) keçərək bu günə qədərki ən yüksək səviyyəsinə çatıb.
Bundan əlavə, Britaniya funtu 296 000 tümənə, avro təxminən 254 000 tümənə, BƏƏ dirhəmi isə 60 260 tümənə ticarət olunub.
Məzənnələrdəki sıçrayış ölkənin qızıl bazarına da təsir edib. Belə ki, İranda Emami sikkəsi kimi tanınan yeni dizayn qızıl sikkənin qiyməti 226 milyon tüməni keçib.
Xarici mətbuatın yazdığına görə, ABŞ-İran hərbi qarşıdurmasının bərpa olunması, habelə ABŞ-nin tətbiq etdiyi blokada İranın iqtisadiyyatı və xam neft ixracı üzərində ciddi təzyiq yaradıb. Belə ki, əgər İran mart ayında gündə 2 milyon barel neft satırdısa, hazırda bu göstərici təxminən 220-255 min barelə düşüb.
İran Mərkəzi Bankının sədri Əbdülnasir Həmmati isə ölkənin kifayət qədər xarici valyuta ehtiyatlarına malik olduğunu və dəyişkənliyi cilovlamaq üçün bazara 2 milyard dollara qədər vəsait yatırmağa hazır olduqlarını bildirib.
- Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq
- Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir
- Rusiya ABŞ-la münasibətlərin tam bərpasına hazırdır
- Ermənistan və İran yük maşınlarının keçidini sadələşdirir
- Avropa ölkələri qapılarını türklərə açır
- Rusiya ilə münasibətlər saxlamaq istəyirik - Tramp
- Rusiya ilə Ukrayna arasında əlaqələr davam edir - Putin
- Rusiya Kiyevdə bu şirkəti vurdu: Milyardlarla ziyan...