Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi

17:45 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi

Belçika Baş naziri Bart De Veverin Hindistana rəsmi səfəri xoşagəlməz hadisə ilə yadda qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Black Fox” məlumat yayıb.

Məlumata görə, Hindistanın Baş naziri Narendra Modi üçün nəzərdə tutulan məşhur Belçika şokoladından hazırlanmış “Hindistan Qapıları” abidəsinin detallı surəti daşınma zamanı yüksək temperatur səbəbindən deformasiyaya uğrayıb.

“Baş nazir Modiyə layiq bir hədiyyə - ən yaxşı Belçika şokoladından hazırlanmış "Hindistan Qapıları" abidəsinin surətini gətirmək istəyirdim. Amma təxminən bir əsrdir mövcud olan abidədən fərqli olaraq, şokolad versiyası Hindistana belə çatmadı”, - baş nazir bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol