İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının İran tərəfindən qadağan elan olunmuş və qeyri-təhlükəsiz bölgəsindən keçmək niyyətində olan 2 Amerika gəmisi, 8 neft tankeri və digər bayraqlar altında üzən 10 gəmini hədəfə alıb.
BUTA.TV xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, SEPAH tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qanadlı raketlər və "Aegis" döyüş sistemi daşıyan DDG-119 və DDG-53 döyüş esmineslərinə zərbələr endirilib.
Bundan başqa, ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının qadağan olunmuş və qeyri-təhlükəsiz bölgəsindən keçmək niyyətində olan, qaydaları pozan 10 gəmi də vurulub.
"Hörmüz boğazı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarəti və idarəsi altındadır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl SEPAH ABŞ-ın İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqlarına da hücum edib.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana aid beş neft tankerini məhv etdiyi barədə məlumat yayıb.
- Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
- Aleksandr Şarovski vəfat etdi
- Kiyevdə partlayışlar oldu
- Paşinyan Fransaya getdi
- Çin ordusu robotları müharibəyə hazırlayır
- Bu, əsl dönüş nöqtəsidir - Merkel
- Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...
- ABŞ-ın 2 hərbi gəmi və 8 neft tankerinə zərbələr endirildi