Aleksandr Şarovski vəfat etdi

09:48 - 9 Sentyabr 2026 - GÜNDƏM

 Aleksandr Şarovski vəfat etdi

Bu gün Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib.

BUTA.TV” xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edib.

“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”, - paylaşımda deyilir.

Qeyd edək ki, 78 yaşlı A.Şarovski Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə alırdı.

Bu xəbər hal-hazırda çox oxunur
Balaxanıda obyektdə yanğın olub - Fotolar+Video

Şarovski aktyor kimi həyat verdiyi Rezo (“Premyera”, L.Roseb), Eldar (“Qum üzərində ev”, R.İbrahimbəyov), Şeyx Sənan (“Şeyx Sənan”, H.Cavid), Fərhad (“Fərhad və Şirin”, S.Vurğun), Henrix (“Kral Lir”, V.Şekspir), Mehmandarov (“Neft bumu”, M.İbrahimbəyov) - ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sənətkar eyni zamanda “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980) “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol