SSRİ dağılanda Ukraynanın iqtisadi gücü... - Bessent

13:48 - 9 Sentyabr 2026 - GÜNDƏM

 SSRİ dağılanda Ukraynanın iqtisadi gücü... - Bessent

SSRİ dağılanda Polşa və Ukrayna iqtisadiyyatlarının həcmi təxminən eyni idi.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

“Hazırda isə Polşa iqtisadiyyatı Ukrayna iqtisadiyyatından üç dəfə böyükdür. Ukraynalılar iqtisadiyyatlarını düzgün idarə edə bilsələr, bu, ruslar üçün ciddi maneəyə çevrilə bilər”, - o bildirib.

Bessent Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi siyasətin onun indiyədək gördüyü ən pis hadisələrdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, 1991-ci ildə Ukraynanın nominal ÜDM-i 77,4 milyard dollar, Polşanın isə 85,5 milyard dollar təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol