Sentyabrın 28-nə “Rosatom”un baş direktoru Aleksey Lixaçevin Ermənistana səfəri planlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Nüvə Sənayesinin Özünütənzimləmə Təşkilatlarının prezidenti Viktor Opekunov deyib.
“Lixaçev “Rosatom”un Ermənistanın nüvə energetikasının inkişafında mümkün iştirakı ilə bağlı danışıqlar aparmağı, həmçinin yeni AES-in tikintisi məsələsini müzakirə etməyi planlaşdırır. Bu məsələ artıq uzun müddətdir müzakirə olunur. Rusiya Ermənistana dünyada qabaqcıl mövqedə olan texnologiyalar təklif edir. “Rosatom” sadəcə atom elektrik stansiyası tikməyi deyil, layihənin hazırlanması, tikinti, yanacaqla təminat, texniki xidmət, istifadə olunmuş nüvə yanacağının sonrakı emal üçün Rusiyaya aparılması imkanları və mütəxəssislərin hazırlanmasını əhatə edən tam dövrü təklif edir”, - o bildirib
- Batumidən uçan təyyarə Rizədə dənizə düşdü - Video
- SEPAH ABŞ-ın heç bir gəmisini vura bilmədi - CENTCOM
- Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir?
- Nəcisdən betan hazırlandı - Hindistanda kəşf
- Vuçiç Serbiya parlamentini buraxdı
- Ateist kliniki ölüm keçirib mömin oldu
- Keçmiş sevgilisi Maskdan elə şeylər danışdı ki...
- “Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video