Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir?

15:49 - 9 Sentyabr 2026 - GÜNDƏM

 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir?

Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biri də yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı və lokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilin üstünlüyü isə sadədir: nə tikintinin tamamlanmasını gözləyirsən, nə də gələcək görünüşünü təsəvvür etməyə çalışırsan – mənzili görür, bəyənir və seçimini edirsən.

Bu baxımdan Park Yasamal yaşayış kompleksində hazır, tam təmirli mənzil axtaranlar üçün 2, 3 və 4 otaq, eləcə də studiya seçimlər təqdim olunur. Fərqli sahə və otaq sayında mənzillərlə yanaşı, bağçalı və terraslı mənzil variantları da mövcuddur. Bina evində belə açıq məkanın olması isə gündəlik həyata əlavə rahatlıq gətirir – istirahət etmək, uşaqlar üçün oyun sahəsi yaratmaq və ya sadəcə açıq havadan zövq almaq üçün şəxsi məkanın olur. Bundan əlavə tikintisi davam edən binalardan da seçim edə bilərsiniz.

Mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir zamanı Avropa brendlərinin məhsullarından istifadə olunur: “HARO” parketləri, “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, “GROHE” hamam aksesuarları və “Infinity” keramoqranitləri. Bu isə mənzilə köçdükdən sonra əlavə təmir prosesi və vaxt itkisi ilə məşğul olmadan yeni evinə yerləşməyə imkan verir.

Park Yasamal böyük yaşayış kompleksinin davamı olaraq sakinlərin gündəlik ehtiyaclarını nəzərə alan imkanlarla əhatələnib. Göl ətrafında istirahət zonaları, geniş yaşıl park, futbol meydançası, özəl uşaq bağçası, 24/7 kamera-nəzarət sistemi və təhlükəsiz avtodayanacaq kompleksin əsas üstünlüklərindəndir.

Kompleks Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında, şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verən ərazidə yerləşir. Ətraf ərazidə gündəlik həyat üçün lazım olan imkanlar da mövcuddur. Bundan əlavə, uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında abadlaşdırma və yenidənqurma işlərinin aparılması, ərazinin müasir şəhər parkı konsepsiyası əsasında inkişaf etdirilməsi planlaşdırılır.

Mənzil almaq üçün ödəniş imkanları da müxtəlifdir. 36 ayadək daxili kredit, 20 ilədək ipoteka krediti, həmçinin “Kristal”ın hissəli alış modeli ilə mənzilə aylıq öhdəlik və faiz olmadan, mərhələli şəkildə sahib olmaq mümkündür. İstədiyin sahəni bu gündən kvadrat-kvadrat alaraq gələcəyinə yatırım edə bilərsən.

Bəlkə də axtardığın mənzil artıq hazırdır. Sadəcə gəlib görmək və seçmək qalır.

Park Yasamalda hazır mənzillərlə tanış olmaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edə bilərsən.

Ətraflı: *1544

Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi

kristal.az


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol