Ukrayna Prezidenti Volodimir Zelenskinin Norveç Kralı V Haraldın dəfn mərasimindəki davranışı Skandinaviya mətbuatında sərt tənqid olunub.
“BUTA.TV” Norveçin “Investornytt” nəşrinə istinadla xəbər verir ki, Ukrayna lideri dövlət başçısının matəm mərasimindən fürsət kimi istifadə edərək Norveç tərəfindən maliyyə və hərbi yardım tələb edib.
Məqalədə Zelenskinin bu addımı nəzakətsizlik kimi qiymətləndirilib. Bildirilib ki, dəfn mərasimi rəsmi qonaqların üzərinə müəyyən etik öhdəliklər qoyur.
Nəşrin fikrincə, Norveçin Baş naziri Yonas Qar Störe Ukraynaya dəstək məsələsini Zelenski ilə başqa vaxt müzakirə etməli idi:
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
“Qarşıdan gələn çətin qış mövsümünü bəhanə gətirmək bu danışıqların nədən məhz dəfn ziyarətinə təsadüf etməsini əsaslandırmır. Xüsusən də dövlət başçılarının son görüşündən cəmi iki həftə keçdiyini nəzərə alsaq, bu addım tamamilə yersiz idi”.
Xatırladaq ki, 89 yaşlı Norveç Kralı V Harald avqustun 28-də səhər saatlarında vəfat edib. Monarx ölümündən dörd gün əvvəl hemolitik anemiyadan xəstəxanaya yerləşdirilmiş, daha sonra qanında bakterial infeksiya aşkar edilmişdi.
- İsrailin bu ölkədə səfirliyi açıldı
- Əpl yeni ağıllı saat modellərini təqdim etdi
- “Barselona” və PSJ-dən darmadağın, “Qalatasaray”dan məğlubiyyət - ÇL-də gecənin matçları
- ABŞ-da benzin kəskin ucuzlaşacaq - Tramp
- MAQATE Suriya ilə bağlı qərarını verdi
- Xarkovda yenidən ardıcıl partlayışlar baş verdi
- Zelenski o hərəkətinə görə tənqid olundu
- İranla müharibə bu tarixdə başa çatacaq - Tramp