MAQATE Suriya ilə bağlı qərarını verdi

00:21 - 10 Sentyabr 2026 - GÜNDƏM

 MAQATE Suriya ilə bağlı qərarını verdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurası Suriyanın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsələni bağlayıb.

BUTA.TV xəbər verir ki, qərar rəsmi səsvermə keçirilmədən, konsensus əsasında qəbul olunub. Bununla da 2011-ci ildə Suriya ilə bağlı başlanan prosedura son qoyulub.

Suriya bir neçə gün əvvəl MAQATE ilə tam əməkdaşlığa və şəffaflığa sadiqliyini təsdiqləyərək, Direktorlar Şurasının gündəliyindəki “öhdəliklərin yerinə yetirilməməsi” bəndinin ləğv edilməsinə və məsələnin bağlanmasına çağırıb.

Suriya Xarici İşlər Nazirliyi və Atom Enerjisi Komitəsi məsələ ilə bağlı görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, əvvəllər bəyan edilməmiş nüvə materialları könüllü şəkildə açıqlanıb, beynəlxalq təminatlar və nəzarət rejiminə cəlb edilib.

Qeyd edək ki, MAQATE 2011-ci ildən Suriyanı Deyr əz-Zorda ehtimal olunan nüvə reaktorunu bəyan etməməsi və agentliyin sorğularına tələb olunan məlumatları təqdim etməməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməməkdə ittiham edirdi. MAQATE-nin son hesabatlarından birində Suriyadakı obyektlərdən birində, ümumilikdə, təxminən 73 ton təbii uranın, o cümlədən 55 ton uran yanacağı ilə yanaşı, 18 tona yaxın uran qalıqları və tullantılarının aşkarlandığı bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol