“1914-cü ildə istifadəyə verilib, heç bir standarta uyğun gəlmir” - Video

03:59 - 10 Sentyabr 2026 - GÜNDƏM

 “1914-cü ildə istifadəyə verilib, heç bir standarta uyğun gəlmir” - Video

Paytaxtın Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 147 ünvanında yerləşən binanın sakinləri ərazidəki mövcud vəziyyətdən şikayətçidirlər.

BUTA.TV” xəbər verir ki, sakinlərin iddiasına görə, ərazidə kanalizasiya xətlərinin bərbad vəziyyətdə olması səbəbindən çirkab suları əraziyə yayılır.

Nəticədə binanın birinci mərtəbəsi və ətraf sahə ciddi problemlərlə üzləşir.

“1914-cü ildə istifadəyə verilib. Elə bir binadır ki, heç bir standarta uyğun gəlmir. Keçən dəfə yağış yağanda FHN gəlib buranın palçığını arabalarla daşıyıb. Buranın nə yayı yaydır, nə də qışı qışdır”, – deyə sakinlərdən biri bildirib.

Sakinlər vəziyyətin əsas səbəblərindən biri kimi binanın arxa hissəsindən axan kanalizasiya sularını göstərirlər.

Onların sözlərinə görə, binanın arxa tərəfində, qeyri-yaşayış sahələrinin və həyət evlərinin yerləşdiyi dağlıq ərazidə torpaq sürüşməsi təhlükəsi də müşahidə olunur.

Daha ətraflı “Baku TV”nin süjetində:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol