Rusiya Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə oktyabr ayında Abxaziya “respublikası”nda genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçiriləcək.
BUTA.TV xəbər verir ki, təlim planı Abxaziya “prezidenti” Badra Qunba tərəfindən təsdiqlənib.
Bildirilib ki, 12-16 oktyabr tarixlərində baş tutacaq təlimlərdə qondarma respublikanın “silahlı qüvvələri” də iştirak edəcək.
Döyüş təliminə artilleriya, zirehli texnika və aviasiya cəlb olunacaq. Xüsusi diqqət yüksək texnologiyalı silahların istifadəsinə, idarəetmə və elektron müharibəyə yönəldiləcək.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
- Rusiya Polşa sərhədinə zərbə endirəcək - Tusk
- Bu münaqişəyə İstanbulda son qoyulmalıdır - Çelik
- Husilərdən açıqlama: Məqsədimizə nail olduq!
- BMT TŞ Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək
- Rusiya Abxaziyada böyük təlimlərə başlayır
- Özbəkistan əlifbasını dəyişdi
- Rusiya qoşunları iki kəndi ələ keçirdi
- Bakını narahat edən məsələ - Səfir Moskvaya səsləndi