“WhatsApp” messencerinə daha bir maraqlı yenilik gəlib. Belə ki, artıq hətta internet kəsilərkən və ya proqram bloklandıqda belə mesaj göndərmə imkanı var.
Belə ki, tərtibatçılar dövlət tənzimləyiciləri tərəfindən “WhatsApp”ın qadağan olunduğu ölkələrdə istifadəsi üçün proksi server dəstəyi əlavə ediblər.
“WhatsApp” kimi proksi serverlərlə əlaqə də yüksək məxfilik və təhlükəsizliyi təmin edir. Şəxsi mesajlarınız “başdan-sona” (“end-to-end”) şifrələmə funksiyası ilə qorunacaq. Bu isə ismarışların yalnız şəxs və ünsiyyət qurduğu istifadəçi üçün əlçatan olmasını təmin edir. Onları başqa heç kim görməyəcək - nə proksi serverlərin sahibləri, nə yad şəxslər, nə “WhatsApp”, nə də Meta işçiləri”, - deyə tətbiqin bloqunda bildirilib
Proksi-server vasitəsilə yeni opsiya “WhatsApp” proqramının “iOS” və “Android” üçün ən son versiyasını quraşdırmış bütün istifadəçilər üçün əlçatandır .
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
“Android” və “iOS” cihazlarında proksi server vasitəsilə əlaqəni aktivləşdirmək üçün “WhatsApp” parametrlərində “Məlumat və yaddaş” bölməsində “Proksi serverdən istifadə et” seçimini etmək və proksi server ünvanını daxil etməlidirlər.
Qeyd edək ki, bu funksiya İranın yerli hökumətinin keçən il insan hüquqlarının pozulması xəbərlərini paylaşmaq üçün istifadə edilən həm “WhatsApp”, həm də “Instagram”a girişi bloklaması ilə əlaqədar yaradılıb.
“WhatsApp”dan təssssüflə bildirilib ki, bu kimi hallar hələ də dünyanın bir çox yerində baş verir, şirkət bu internet kəsilmələrinin heç vaxt baş verməməsi üçün çalışır.
“WhatsApp” həmçinin dostları və ailəsi üçün öz proksi serverini yaratmaqda maraqlı olan istifadəçilər üçün bələdçi təqdim edib.
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?
- Taleh Quliyev vəzifəsindən ayrıldı
- İraqa köçürülən İŞİD-çilər arasında 55 azərbaycanlı var
- Magistraturaya qəbul: bu tapşırıqların nəticələri açıqlandı
- XİN-dən Qaradağlı faciəsi ilə bağlı paylaşım
- "Azəriqaz"ın idarə rəisi işdən çıxarıldı - Araşdırma başladı
- Arvadına və uşaqlarına zorakılıq edən şəxs həbs edildi
- "Azərsilah"da yeni təyinat - Foto