Abşeron rayonu Saray qəsəbəsində iki nəfəri avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mersedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub. Xəsarət alan birinci piyada xəstəxanaya yerləşdirilib. Amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Mersedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.
Faktla bağlı Qafarxan Qafarov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı
- Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video
- Kredit götürənlərin nəzərinə: Faizlər artdı - VİDEO
- “Kontakt Home” 60% endirimi necə edə bilir?
- Məhkəmə sədrinin oğlu arvadını bıçaqladı, özünü binadan atdı
- İsa Həbibbəylinin istefa xəbəri yayıldı
- Səfirliyimizə terror hücumundan üç il ötür
- AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb