Ukraynanın ona qarşı sanksiya tətbiq etməsini şərh edən jurnalist Pavel Zarubin Vladimir Zelenskinin Vladimir Putinin 2019-cu ildə sülh çağırışına reaksiyasının əks olunduğu videonu yayıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.
"Zelenski ilə bağlı bir şəxsi yaddaşım var. Bu kadrları 2019-cu ildə Parisdə özüm mobil telefonla çəkmişəm. Zelenski Minsk razılaşmaları və sülh çağırışları ilə bağlı sözləri eşidəndə belə davranırdı", - videonun şərhində deyilir.
Qeyd edək ki, daha əvvəl "Rossiya 1" kanalında "Moskva. Kreml. Putin" verilişində yayımlanan kadrlarda Ukrayna liderinin Vladimir Putinin Minsk razılaşmalarının məzmunu ilə bağlı çıxışı fonunda necə kinayə ilə gülümsəməsi və üzünü necə turşutması göstərilir.
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq
- Vilayət Eyvazov bu məzunlara diplomlar verdi - Video