Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.
"Sorğunuza cavab olaraq bildirirəm ki, Məmmədli Cəmil Qiyas oğlu 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır. O saxlanılmayıb".
- Hansı qrupların ballarında artım ola bilər? - Video
- Pensiya alanlara şad xəbər
- Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı
- Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto
- Xankəndiyə növbəti köç karvanı yola salındı
- “Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
- DÇ-2026: Braziliya və Türkiyənin növbəti oyunu...
- Həftəsonu 365 nəfər təkrar imtahan verəcək