20 Yanvar faciəsini ABŞ və Rusiya birgə törədib.
BUTA.TV xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev deyib.
O bildirib ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir qrup üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib. Müraciətdə yazılır:
“Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də Sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60 faizini təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”.
Alim qeyd edib ki, müraciəti Con Kerri ilə yanaşı, senatorlar Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi şəxslər imzalayıblar:
“Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb. Söhbət əsnasında K.Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana “erməni Qarabağı” üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir: “Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”.
Bu məktubun yazılma tarixi və müraciət bir fikrə gəlməyə əsas verir: Moskva Amerikanın təkidi ilə Bakıya qoşun yeridərək ermənilərin qisasını alıb! Faciənin əsas günahkarları tək Moskva deyil. Vaşinqton da eyni dərəcədə günahkardır”.
Z.Əliyevin sözlərinə görə, bu işin icra olunması Amerikada erməni lobbisi və Moskvada oturan ermənipərəst vəzifələrin sayəsində olub; Rusiya qoşunlarının Bakıya yeridilməsinə ABŞ-a öz töhfəsini verib:
“Bu, qisas əməliyyatı olub və Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də Sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilib.
“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında yazılır: “Hücumdan öncə əsgərlərə deyilib: “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmasının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”.
Bu isə tərpənən hədəfi vurmaq anlamına gəlir. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Bu günə qədər də Amerika və Rusiya siyasi dairələri 20 Yanvar faciəsi ilə bağlı rəsmi mövqe ortaya qoymayıblar. Çünki ikisinin də əli xalqımızın qanına batıb!”
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək