Şərur Rayon Polis İdarəsinin əməkdaşları Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı kənd sakinləri “Gündəlik Naxçıvan”a verib.
Axtarışın bu gün baş verdiyi bildirilib:
“Vasif Talıbov istefa verdikdən sonra doğulduğu Aralıq kəndinə köçərək, ailəsi ilə birlikdə həmin evdə yaşayır.
Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlananlardan biri Rövşən Talıbov isə Vasif Talıbovun əmisi nəvəsidir. Saxlanılan dgər mühafizəçisi Həsənqulu Novruzov rayonun Siyaqut kəndindəndir”.
Kənd sakinləri bildirib ki, polis Talıbovların yaşadığı evə qəfil basqın edib:
“Kəndin giriş-çıxışı bir neçə saatlıq bağlandı. Xeyli sayda polis əməkdaşı həyətə basqın etdi. Mühafizəçilərə göz açmağa imkan vermədilər. Vasif müəllim də evdə olub. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, xeyli sayda müxtəlif kalibrli “Vinçestr” silahı çıxıb. Onun mühafizəçilərinin silah gəzdirdiyini bilirdik. Ancaq evdə də silah olmasından xəbərdar deyildik. Həbs olunan mühafizəçilərin biri, Vasif müəllimin əmisi oğlu Abdullanın oğludur. O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Vasif Talıbov istefa verəndən sonra ailəsi ilə kəndə köçdü, əlavə mühafizəçilər də götürdü. Hazırda evin həyətinə giriş-çıxış da bağlanılıb”.
Məsələyə ilə bağlı Naxçıvan MR DİN Şərur rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzovda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat verilməyib.
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...
- Prezident Süleyman Mikayılovu buna görə işdən azad edib