Türkiyə ərazisində terror aktları törədilməsi ehtimalı güclüdür. ABŞ öz vətəndaşlarını ayıq olmağa çağırır.
BUTA.TV xəbər verir ki, bu barədə açıqlamanı ABŞ-ın Türkiyədəki səfirliyi yayıb.
“İstanbulda və ya qərblilərin ən çox ziyarət etdikləri digər yerlərdə kilsələrə, sinaqoqlara və diplomatik nümayəndəliklərə hücumlar ola bilər. İstanbulun Bəyoğlu, Qalata, Taksim və İstiqlal kimi bölgələrində terror aktları mümkündür”, - məlumatda bildirilib.
Səfirlik sözügedən ərazilərdən vətəndaşlarının uzaq durmasını istəyib.
Qeyd edək ki, Fransa səfirliyi də mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı