Külli miqdarda narkotikin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən BUTA.TV-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birgə əməliyyat tədbiri keçiriblər.
Belə ki, daxil olmuş məlumat əsasında İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə - metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb.
“Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 konvalyutda 500 ədəd “Methadone 40” adlı həb aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
- Hansı qrupların ballarında artım ola bilər? - Video
- Pensiya alanlara şad xəbər
- Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı
- Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto
- Xankəndiyə növbəti köç karvanı yola salındı
- “Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
- DÇ-2026: Braziliya və Türkiyənin növbəti oyunu...
- Həftəsonu 365 nəfər təkrar imtahan verəcək