Paytaxtın Xətai rayonunda marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs polisə bıçaqla müqavimət göstərib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.
Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb.
Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub.
Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.
"Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
- Bir araya gəldilər, bircə onu çağırmadılar - Fotolar
- DÇ matçında futbolçunun ayağı sındı - Dəhşətli anlar - Video
- Atalarının izi ilə gedən 3 oğul 32 il sonra eyni anda meydana çıxdı - Foto
- Bakı, Salyan və Masallının bu ərazilərində işıq olmayacaq
- Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
- Prezidentin sosial media hesablarında İİB ilə bağlı paylaşım - Video
- AZAL-ın bu uçuşları ləğv olundu - Səbəb havadır
- Prezident işsizlik səviyyəsindən danışdı - Diqqət mərkəzində olacaq