ABŞ administrasiyası son günlər Şimali Amerikada vurulan üç naməlum uçan obyektlə bağlı hər hansı yadplanetli fəaliyyətin əlamətlərini müşahidə etmir.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karin Jan-Pyer deyib.
"Bunu Ağ Evdən eşitdiyinizə əmin olmaq istəyirəm. Bununla bağlı suallar və narahatlıqlar var idi, amma yox, bunu təkrarlamaq istəyirəm. Yenə deyirəm, heç bir yadplanetli və ya yerdən kənar fəaliyyət əlamətləri yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, 2 gün öncə Kanada səmasında daha bir uçan naməlum obyekt vurulmuşdu. İddialara görə, sözügedən aparat Rusiya, yaxud Çinə məxsus aerostatdır.
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq
- Vilayət Eyvazov bu məzunlara diplomlar verdi - Video