Türkiyədə zəlzələdən sonra saxlanılan tikinti şirkətlərindən birinin rəhbərinin illər öncə mətbuata verdiyi müsahibəsi üzə çıxıb. Şirkət rəhbəri müsahibəsində bildiribmiş ki, o, heç birinci sinfə də getməyib, fəhləlikdən yüksələrək şirkət rəhbəri olub. Onun bu müsahibəsi “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ötən il mətbuata verdiyi müsahibəsini yada salıb. İ.Axundov da müsahibəsində ali təhsilli olmadığını, hətta orta məktəbdə birinci sinfə belə getmədiyini demişdi. Bəziləri bildirirlər ki, bina tikmək üçün təhsil şərt deyil.
İ.Axundov müsahibəsində deyib ki, o, bu işə bənnalıqdan gəlib, əvvəllər bənna işləyib.
“Tədricən briqadir, prorab işləyib, görə-görə gəlib bu səviyyəyə çatmışam. Türkiyədəki şirkətlərin layihələri də məndə var. Onlar heç bizdəki armaturun 20%-ni işlətmirlər. Düzdür, kosmetik tərəfdən çox gözəl düzəldirlər. Amma daxilən sementləri də çox keyfiyyətsiz olur. Bizim binalarla Türkiyədəkilər müqayisə oluna bilməz. Təsəvvür edin, tikdiyim binalarda lap axrıncı mərtəbədə öz övladlarımın hamısına ev götürmüşəm. Zəmanət verirəm ki, 9 bala qədər zəlzələ olarsa, bütün binalara cavab verə bilərəm. Nəinki öz şirkətimizə aid binalara, yenə də deyirəm, Fövqəladə Hallar Nazirliyi yaranandan sonra tikilən bütün binalara cavab verə bilərəm. O qədər güclü nəzarət var ki, kitab açılmayana, şəkil çəkilməyənə, akt yazılmayana qədər beton tökülmür. Beton tökəndə də markası götürülür, qüsur varsa, aradan qaldırılır. FHN yaranana qədər qüsurlu binalar tikilmiş ola bilər. Amma bundan sonra kim istəsə də, tikə bilməz. Baxmayaraq ki mənim savadım yoxdur, dövlətdə betonun markasını yoxlayan aparatı İtalyadan birinci mən gətirmişəm. Heç onda FHN yox idi. Mən işimə o qədər ciddi və dəqiq yanaşıram, biləsiniz”, - şirkət rəhbəri bildirib.
Onun sözlərinə görə, tikintidə əsas məsuliyyəti arxitektur yox, konstruktor daşıyır: “Burada əsas məsuliyyəti birinci dərəcəli daşıyan şəxs konstruktordur. Arxitektur məsuliyyət daşımır. Konstruktor konstruksiyanı zəif verərsə, binada problem yaranar. Bizim inşaat rusların konstruksiyası üzərində gedir və bu da çox etibarlıdır. Yəqin ki, Türkiyədə çökən binaları tikən şirkətlər pərakəndə şəkildə ediblər. Orada konstruktor işləsəydi, təbii ki, belə etməzdi. Özləri cızıb, özləri tikiblər, belə olmaz. Bu, tövlə deyil ki. Hazırda Bakı ətrafında dördmərtəbli binalar tikilib. Mən bilirəm, onlar konstruksiyadan keçməyib. Özləri cızır, özləri tikir. Masazır, Xırdalan və Bakı ətrafındakı kəndlərin hamısında bu formada tikililər gedir. Allah eləməsin, bir dəfə zəlzələ olsa, nəticəsi çox acınacaqlı olacaq...”
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...