Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Putina AB sanksiyalarından yayınmaq üçün təcili olaraq İspaniyadakı daşınmaz əmlakını satışa çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Məlumata görə, Lüdmila Oçeretnaya (keçmiş Putina - red.) İspaniyanın cənubundakı Marbella şəhərindəki Lomas del Rey yaşayış kompleksində iki mənzilə sahibdir. 2,2 milyon avro dəyərində olan mənzilləri rəsmi olaraq Lüdmilanın indiki əri Artur Oçeretnı alıb. Amma media Arturun bu alış üçün Lüdmilanın pulundan istifadə etdiyini irəli sürüb.
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq
- Vilayət Eyvazov bu məzunlara diplomlar verdi - Video