Mobil telefonlar sürətlə bahalaşacaq - Açıqlama

16:52 - 16 Fevral 2023 - IKT

 Mobil telefonlar sürətlə bahalaşacaq - Açıqlama

Bu qərar birbaşa qiymətlərin bazarda artmasına hesablanıb.

BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı Akif Nəsirli Bizim.media-ya açıqlamasında dünəndən etibarən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumunun tətbiqi barədə danışarkən deyib.

O bildirib ki, istənilən məhsul hansı vəziyyətdəsə əlavə vergi və rüsumlara cəlb edilirsə, bu, son nəticədə maya dəyərində öz təsirini göstərir:

“Maya dəyəri artırsa təbii ki, bazardakı qiymətlər də artacaq. Əgər telefon gətirən gömrüyə 36 faiz əlavə rüsum ödəyəcəksə, deməli bazarda həmin telefonlar da ən azı 30 faiz bahalaşacaq. Telefonların qiymətinin artmasını isə çox gözləməli olmayacağıq.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Ən yaxın günlərdə telefonlar xeyli bahalaşacaq. Çünki bizim bazarda rəqabət mühiti yoxdur. Daha çox inhisarçılıq var. Rəqabət olmadığı üçün də sahibkar daha rahat və tez manevr edə bilir”.

İqtisadçı onu da bildirib ki, normalda hansısa məhsulun yerli istehsalı yoxdursa, onda ona yüksək gömrük rüsumu tətbiq etmək doğru deyil:

“Üstəlik, insanların fərdi istifadəsi üçün gətirilən məhsullara gömrük rüsumunun tətbiqinə dünyada çox nadir hallarda rast gəlinir. DGK fərdi şəxslərin istifadəsi üçün gətirdiyi məhsullara gömrük rüsumu tətbiq etməklə daha çox vəsait toplamaq istəyir. Amma DGK rüsum toplayan təşkilat yox, daxili bazarı qoruyan və idxal-ixrac əməliyyatlarını tənzimləyən bir qurumdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol