İsveçdə Quranın yandırılmasına icazə verilmədi

19:42 - 16 Fevral 2023 - DÜNYA

 İsveçdə Quranın yandırılmasına icazə verilmədi

İsveç polisi Quranın yandırılmasını nəzərdə tutan növbəti aksiyanın keçirilməsinə icazə verməyib.

BUTA.TV xəbər verir ki, bu dəfə bazar ertəsi Stokholmdakı İraq səfirliyi qarşısında keçirilməsi nəzərdə tutulan aksiyanın keçirilməsi üçün müraciət edən adı qizli saxlanılan təşkilat, rədd cavabını alıb. Yerli asayiş keşikçiləri, öz qərarlarını Quranın yandırılmasının İsveçə qarşı terror aktlarına səbəb ola bilməsi riski ilə əsaslandırıb.

"Ümumilikdə, İsveç Təhlükəsizlik Polisinin (SAPO) qənaətinə əsasən, ölkə ərazisində Quran yandırma aksiyalarının artımı, qısa müddət ərzində İsveçə və İsveçin maraqlarına qarşı hücum təhlükəsini çoxalmasına səbəb ola bilər", deyə qərarda deyilir.

Qeyd edək ki, bu Stokholmda cari ay ərzində bu tip aksiyalara icazənin verilmədiyi ikinci aksiyadır. Quranın daha əvvəl radikal sağçı antimüsəlman siyasətçi Rasmus Paludan tərəfindən Stokholmdakı Türkiyə səfirliyinin qarşısında yandırılması beynəlxalq səviyyədə kəskin reaksiyalara səbəb olmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol