Bakıda evə basqın edərək vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girən şəxsin pul tələb etməsi və əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto