Vladimir Zelenski Kiyevdə İsrailin XİN rəhbəri Koenlə görüşü zamanı bildirib ki, İran Ukrayna və İsrailin ortaq düşmənidir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Zelenski İsrail xarici işlər naziri ilə görüşdə İran əleyhinə haqlı açıqlamalar verib:
“Ukrayna prezidenti İsrailin xarici işlər nazirilə görüşündə İranı iki tərəfin ortaq düşməni adlandırıb. Həmçinin, prezident Koenlə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini, Ukraynada hava hücumundan müdafiə sistemlərinin qurulmasını da müzakirə edib”, - məlumatda deyilir.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı