Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkərək yaymaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb.
“BUTA” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq Z.Mirzəyevdən 192 min manat tələb edib. Bu barədə zərərçəkmişin vəkili məhkəmədə mülki iddia qaldırıb.
Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s. Z.Mirzəyev isə qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib.
Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyevin cinayət işi üzrə gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İttihama görə, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
Qeyd edək ki, proses qapalı keçirilir. Buna baxmayaraq, zərərçəkmişlərdən biri məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi.
Xatırladaq ki, sözügedən görüntülər 2022-ci il avqustunda sosial şəbəkələrdə yayılıb. Bundan sonra Zaur Mirzəyev həbs olunub. İttihama əsasən, Z.Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013- 2019-cu illərdə xidməti otağında tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb. Ona qarşı 3 fərqli maddə ilə ittiham irəli sürülüb.
- Bir araya gəldilər, bircə onu çağırmadılar - Fotolar
- DÇ matçında futbolçunun ayağı sındı - Dəhşətli anlar - Video
- Atalarının izi ilə gedən 3 oğul 32 il sonra eyni anda meydana çıxdı - Foto
- Bakı, Salyan və Masallının bu ərazilərində işıq olmayacaq
- Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
- Prezidentin sosial media hesablarında İİB ilə bağlı paylaşım - Video
- AZAL-ın bu uçuşları ləğv olundu - Səbəb havadır
- Prezident işsizlik səviyyəsindən danışdı - Diqqət mərkəzində olacaq