Türkiyənin Hatay şəhərinin Antakya rayonunda baş verən güclü zəlzələdə minlərlə insan sağ qalıb. Onların arasında 27 yaşlı Deniz Büşra Elçi və 33 yaşlı İbrahim Ethem Elçi də var.
BUTA.TV-nin məlumatına görə, 6 ay əvvəl evlənərək Antakyada məskunlaşan cütlük Odabaşı Məhəlləsindəki doqquzmərtəbəli Özkan Kardeşler Apartmanının (Özkan Qardaşlar Mənzilinin” 5-ci mərtəbəsində yaşayırdılar. Zəlzələ zamanı yaşadıqları binanın ön hissəsində iki, arxada isə 4 mərtəbə dağılıb və bina arxaya əyilib. Cütlüklər də bir-birinə sarılıb və pərdələrdən yapışaraq sağ qalıblar. “Həyatımın ən çətin dövrünü yaşadım” deyən İbrahim Ethem Elçi “Milliyet”ə açıqlama verib.
O söyləyib ki, əvvəlcə yüngül bir sarsıntı oldu. Sonradan sarsıntı hiss edilməyə başladı: “Bu zaman arvadım hamilə olduğu üçün ondan yapışdım. Çox qısa müddətdən sonra zəlzələ şiddətini artırdı və dərhal çarpayımızın yanında çöməldik. Qonşumuzun divarı üstümüzə uçdu. Dərhal Reyhanlıda yaşayan qardaşıma zəng vurub kömək istədim. Mən telefonu bağladıqdan sonra üzərimizə düşən divarın altından birtəhər xilas olduq və binadan çıxmağa qərar verdik. Pəncərədən başqa gedə biləcəyimiz yer yox idi. Dərhal qonşu otağa keçdik və pərdələri kompüter stulunun ayağına bağladıq. Əvvəl mən düşdüm. Heç bir problemim olmadı və həyat yoldaşımı da elə düşdü. Yaşadığım hər şey çox dəhşətli olub. Biz yerə enəndə mənzilin divarları hələ də uçurdu. Aşağıda bir kişi mənə dedi ki, içəri girib ona kömək edim, amma içəri girə bilmədim. Aşağı mərtəbədəki başqa bir qonşu dedi ki, pəncərəm açılmayacaq, xahiş edirəm, uşaqlarımı da götürün. Qonşumuzun iki uşağını pəncərədən çıxarıb aşağı saldım. Beləliklə, pərdələrin sayəsində xilas olduq”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək