Bu, marketə hücum deyil, qətldir - Videonun təhlili

15:06 - 4 Mart 2023 - KRİMİNAL

 Bu, marketə hücum deyil, qətldir - Videonun təhlili

Bakının Xətai rayonunda yerləşən məşhur “Bravo” hipermarketinə silahlı hücumla bağlı daxili kameralardan yayılan kadrlar bəzi ilkin qənaətlərə yol açır.

BUTA.TV xəbər verir ki, hücum edənlərin iki nəfər olduğu, birinin tapança, digərinin isə avtomatla silahlandığı görünür.

Hücum marketə deyil, “Bravo” marketlər şəbəkəsinin çıxışında quraşdırılan bankomatlardan birində bank əməkdaşlarının vəsaitlə bağlı əməliyyatı zamanı edilib. Başqa sözlə, hücum bank işçilərinə olub, həlak olan və yaralanan da bank işçiləri, mühafizəçi və əməliyyatçıdır. Ən ciddi diqqət çəkən isə hücum edənlərin aqressivliyidir. Cinayətkarlar hədə-qorxu gəlmədən, pul tələb etmədən birbaşa mühafizəçinin başına atəş açır və onu qətlə yetirməkdə israrlı davranırlar.

Adətən soyğunçu və qarətçilər qətldən qaçmağa çalışırlar, burada isə birbaşa qətl törətmək meyili görünür.

Bu xəbər hal-hazırda çox oxunur
Valentina Matviyenko Azərbaycana gələcək

Daha sonra isə pul çantasını yarımçıq halda götürüb qaçırlar və onu doldurmağa tələsmirlər. Bunu isə digər cinayətkar edir – birinci hücum edən qətli törətdikdən sonra dərhal uzaqlaşır.

Halbuki qarətçilər sona qədər birgə hərəkət etməli və daha çox pul götürməyə çalışmalı idi.

Hər şey araşdırmalardan sonra, istintaq əməliyyatları nəticəsində meydana çıxacaq və cinayətkarların da yayınacağı ehtimalı sıfra bərabərdir. Yalnız bu hadisənin soyğunçuluq olma ehtimalı şübhəlidir. İlkin təsəvvürə görə, məqsəd böyük səs-küyə və qətlə nail olmaqdır.

Bu hadisənin arxasından xarici xüsusi xidmət orqanlarının çıxacağı ehtimalını da istisna etmək olmaz. Avtomat silahın orda görünməsi təsadüf deyil və bu, 27 yanvarda Tehran səfirliyimizə hücumla assosiasiya olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol