Azərbaycanda daha bir müəllim həkim səhlənkarlığının qurbanı oldu.
BUTA.TV xəbər verir ki, Rəna Bayramqızı Bakının Nərimanov rayon, 200 nömrəli Məktəb, Lisey Kompleksində Təsviri incəsənət elmini tədris edirdi.
Qeyd edək ki, Rəna Bayramqızı hazırda ölkədə tanınmış klinikalardan biri olan "Ege Hospital"da dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə o, həkim səhlənkarlığının qurbanı olub.
Məlumata görə o, 20 fevral tarixində özü xəstəxanaya müraciət edərək, müayinələrdən keçib və öz ayağı ilə xəstəxanaya yatıb, 2 gün sonra isə həkimlər xəstə yaxınlarına xəbər edib ki, "Xəstəniz komaya düşdü". Bu gün isə dünyasını dəyişdiyi bildirilib.
Eyni zamanda xəstə ilə birbaşa maraqlanmalı olan həkim nefroloq Barat Yusubov da hadisəyə və xəstəsinə biganə yanaşıb, saatlardır xəstəyə baş çəkməsi gözlənilən şəxs sanki qeyb olub, zənglərə cavab vermir.
Yaxınlarının tələbi budur ki, bu məsələ aydınlaşdırılsın və günahkar olan kəslər cəzasını hüquq müstəvisində alsın.
Qeyd edək ki, sevilən aparıcı, psixoloq, pedaqoq Rəna Bayramqızı kimsəsiz, uşaqlar evində böyüyən yetim uşaqlara daim yardım etmiş, hər zaman sosial layihələr təşkil edərək, imkansız ailələrə dəstək olmuşdur. O eyni zamanda, uzun illər Lider Tv-də yayımlanan "Sağlam Nəsil" verilişinin aparıcısı olub.
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər