Ağdaşda kafe əxlaqsızlıq yuvasına çevrilib.
Sosial şəbəkədə yayılan məlumata görə, rayonun Əmirarx kəndində yerləşən kafe əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. İddiaya əsasən, polis əməkdaşları həmin kafe ilə bağlı heç bir tədbir görməyib. Belə ki, onlar gəlib-getdikdən sonra obyekt yenə eyni fəaliyyətini davam etdirib.
BUTA.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayonunun Əmirarx kəndində yerləşən kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi ilə bağlı polis şöbəsinin istintaq bölməsində araşdırmalara başlanılıb. Obyekti işlədən şəxsin və şahidlərin izahatları alınıb. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
Bildirilib ki, həmin kafe barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməməsi barədə sosial şəbəkələrdə səsləndirilən iddialar isə əsassızdır.
- Hansı qrupların ballarında artım ola bilər? - Video
- Pensiya alanlara şad xəbər
- Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı
- Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə öldü - Foto
- Xankəndiyə növbəti köç karvanı yola salındı
- “Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
- DÇ-2026: Braziliya və Türkiyənin növbəti oyunu...
- Həftəsonu 365 nəfər təkrar imtahan verəcək