Tiflis qaynayır: Rusiyaya ikinci cəbhə açılır?

08:32 - 9 Mart 2023 - DÜNYA

 Tiflis qaynayır: Rusiyaya ikinci cəbhə açılır?

Ukrayna ilə həlledici döyüşə hazırlaşan Putin Rusiyasının qüvvələrini parçalamaq və resurslarını digər cəbhələrə yönəldib tükəndirmək məqsədiylə Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki dəhliz-regionda – Cənubi Qafqazda və Orta Asiyada da vəziyyəti gərginləşdirmək xətti seçib.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü bildirib.

Onun fikrincə, Paşinyan Ermənistanını Azərbaycanla sülh sazişindən yayındırmağa və ən azından, Türkiyədəki 14 may seçkilərinin nəticəsi məlum olanadək uzatmağa çalışan Qərb mövqelərinin hələ güclü olduğu daha bir Cənubi Qafqaz respublikasında - Gürcüstanda da ictimai etirazların əsas körükləyicisi və təhrikçisi kimi çıxış edir:

"Çünki Qərbdə yaxşı bilirlər ki, Qaribaşvili hökuməti hazırda etirazların əsas səbəbi kimi göstərilən “Xarici agentlər haqqında” adlandırılan qanunun qəbuluna nail olarsa, bu, Qərb xüsusi xidmət qurumlarının Gürcüstan üzərindən digər yaxın ölkələrə rahat çıxış imkanlarını xeyli məhdudlaşdıracaq.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Hazırda ictimai etirazların genişləndirilməsi yoluyla Qərb, bir tərəfdən, bu qanunun qəbulunu əngəlləməyə çalışırsa, o biri tərəfdən də aksiyaların Rusiya ilə qarşıdurmadan yayınan və Rusiya əleyhinə sanksiyalara qoşulmayan Qaribaşvili hökumətinin devrilməsinədək inkişafında, Rusiyanın qulağının dibində daha bir tonqalın alovlanmasında aşkar maraqlı görünür".

Politoloq xatırladıb ki, Münhen konfransında ilk dəfə olaraq keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin görüşündə aparıcının Prezident Əliyevə, Baş nazir Qaribaşviliyə və Baş nazir Paşinyana ünvanladığı, cavab almağa çalışdığı əsas sual məhz Rusiya-Ukrayna savaşına tərəflərin mövqeyi idi:

"Qaribaşvili cavabında açıq şəkildə Qərbi suçlayaraq, onları indi Ukraynaya verdikləri qədər dəstək verməməkdə qınamış və ardınca da xüsusi vurğulamışdı ki, ərazilərinin Rusiya tərəfindən işğalına baxmayaraq, onlar problemin yalnız sülhlə həllinə tərəfdardılar. Yəni Rusiyaya qarşı yeni cəbhənin Gürcüstandan açılmasını istəmirlər.

Qərbə isə regionda sülh yox, Rusiya ilə döyüşə biləcək yeni “sovet respublikası”, yeni qaynar cəbhə gərəkdir..."


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol