Son günlər sosial şəbəkələrdə Vatsap+ istifadəçiləri hesablarının bir neçə saatlıq və ya tamamilə bağlandığı barədə yazırlar.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəssis Şükür Məmmədli problemin səbəbini tətbiqin bu versiyasının qanunsuz olmasından qaynaqlandığını deyib.
Mütəxəssis qeyd edib ki, qeyri-leqal versiyanı işlətdikdə rəsmi Vatsap servisi istifadəçilərə xəbərdarlıq edərək rəsmi versiyanı işlətməyi tələb edir:
“Bundan sonra həmin istifadəçilər bloka düşür. Ümumiyyətlə, Vatsap plus işlətmək təhlükəsizlik baxımından da doğru deyil. Çünki bu versiyanı telefonunuza yüklədiyiniz zaman bilinməyən qaynaqlara icazə vermiş olursunuz. Belə olduqda isə telefondakı məlumatlar (foto, video, nömrələr və s.) üçüncü tərəfə ötürülmüş olur. Bu səbəbdən yalnız rəsmi aplikasiyanı işlətmək vacibdir”.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...