“İsa” adlı iranlıdan narkotik alan Mingəçevir sakini tutuldu

10:38 - 20 Mart 2023 - KRİMİNAL

 “İsa” adlı iranlıdan narkotik alan Mingəçevir sakini tutuldu

İranlı narkotacirdən onlayn yolla külli miqdarda narkotik alan Mingəçevir sakini tutulub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində müxtəlif növ narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha bir şəxs tutularaq istintaqa cəlb edilib.

Polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, keçmiş məhkum Tural Mahmudov saxlanılıb. Onun üzərindən 1 kiloqram 300 qramdan artıq heroin, yaşadığı ünvandan isə 1 kiloqram 808 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

T.Mahmudov ifadəsində narkotik vasitəni Vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığı “İsa” adlı İran vətəndaşından aldığını bildirib. Belə ki, həmin iranlı narkotacir tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən T.Mahmudov Hövsan qəsəbəsində ona deyilən ərazidən bağlamanı götürdükdən sonra Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol