Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib.
O, bununla bağlı sosial şəbəkə hesabında video yayıb. Aparıcı Bakı-Sumqayıt yolunda rastlaşdığı sürücülərdən şikayət edib:
“Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara eşşək də demək istəmir. Onlar eşşəkdirsə, onda eşşəklər də adamdırlar. Deyiləsi deyil… Çoxdankı ideyam var. Onun biznes-planını yazacağam. Yadınızdadırsa, siqnallar var idi, “Lambada” səsi verirdi, sifariş də edə bilirdiniz. Elə bir siqnal sifariş edirsiniz ki, ürək sözlərinizi səsləndirsin və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır.
Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər”.
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...
- Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq
- Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi
- Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert
- Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı
- “Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur...