Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?
- Qəzaya uğrayan təyyarə Azərbaycan əsgərləri üçün qayıdacaqmış
- “Akıncı” PUA-sı hadisə yerinə göndərildi
- Təyyarənin quyruğu niyə qopub? - Video
- Azərbaycan Pakistana başsağlığı verdi
- Fidan qəzadan danışdı: Yaxından izləyirik!
- Şahbaz Şərif də Ərdoğana başsağlığı verdi