Şəhid Elmar Şirinovun anası Amana Nəsirovanın çəkiliş adı ilə dələduzluğa məruz qaldığı iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yayıb.
Onun sözlərinə görə, bir nəfər televiziya işçisi olduğunu, Elmar haqqında süjet hazırlayacağını bildirərək şəhid anasından 200 manat alıb: “Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adının Bəxtiyar olduğunu deyib, özünü qaçqın kimi tanıdıb”. İddia ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elmar Cəbrayıl oğlu Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları, eyni zamanda “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
E.İslamoğlu şəhid anasını aldatmaqda ittiham olunan şəxsin fotosunu da paylaşıb. İddia rəsmi təsdiqini tapmadığı üçün onun şəklini açıq vermirik:
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?