Müğənni Təranə Qumral yenə də paylaşımı ilə müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, sənətçi bu dəfə sinəsinin şəklini İnstaqramında yerləşdirib.
Müğənni əri Musa Musayevlə birlikdə fotolarını paylaşan Təranənin albomu arasında sözügedən görüntü də yer alıb.
Buna səbəb isə sənətçinin paylaşdığı videolardan birinə yazılan təhqirlər olub. Təranə "Dünəndən videomu müzakirə edirsiniz. Gah tənqid, gah da təhqir yazırsınız. Guya ki, mən alt paltarı geyinməmişəm. Bəziləri özünü çox ağıllı hesab edir. Elə bilirsiniz, bizdə güzgü yoxdur?",- izləyicilərinə cavab verib.
Qızı Qumral isə ona "Ana, boş ver. Gözəlliyini çəkə bilməyənlərdir" sözləri ilə reaksiya verib.
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto