Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
BUTA.TV-nin xəbərinə görə, iş üzrə toplanmış materialla yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib./APA
- Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı
- 6 ay əvvəl də qəzaya düşmüşdü - Bu dəfə həyatını itirdi...
- Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış
- Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı
- Deputatlar Malayziyaya səfər edəcəklər
- Hansı qrupların ballarında artım ola bilər? - VİDEO
- Pensiya alanlara şad xəbər
- Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı