"Vüqarın heç bir sənət dostu məni itirib-axtarmır. Xəstəyəm, ayaq barmaqlarım kəsilib. Bütün günü evdəyəm, asta-asta evin içində gəzirəm.
Təzə-təzə gəlib-gedirdilər. Rəhmətlik öləndən sonra qapını bağlayıb getdilər. Həyatdır da. Bir az efirlərdə danışdılar, sonra hər şey dayandı. Heç kimdən nəsə ummuram, heç vaxt onlardan nəsə gözləmirəm.
Şükür Allaha, heç nəyə ehtiyacım yoxdur. Əlbəttə ki, gəlsələr qapım onların üzünə hər zaman açıqdır. İstərdim ki, gəlib Vüqarın məzarı üstünə getsinlər, onun xatirəsini əziz tutsunlar. Vüqarın məzarı üstünə hər cümə axşamı gedib-gəlirəm. Bununla təskinlik, təsəlli tapıram". Bunu açıqlamasında məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. "Heç vaxt pulla meyxana, qəzəl yazmayıb. Yalandan saytlarda yazıblar ki, Vüqar 20 manata meyxana yazıb. Bu ağ yalandır.
Kimsə sifariş edibsə belə, Vüqar onlara hədiyyə kimi yazıb. O könül sevindirməyi xoşlayırdı. Hacı Şahin üçün dediyi meyxananı bu günlərdə dinlədim.
Meyxananı elə deyib ki, elə bil sanki Hacı Şahini ölümündən sonra vəsf edir. Vüqar dindar, əli quranlı biri idi. Pis yola çəkdilər. Allah onu pis yola çəkənlərin evini yıxsın. Gedib 15 gün xəstəxanada yatdı, artıq gec idi. Dəfnində böyük izdiham yaşanmışdı. Pandemiya olmasaydı qapımıza 5-10 min adam yığılardı. Yutubda Vüqarın meyxanaları qarşıma çıxır, izləmirəm. Baxıram, sonra da ürəyim ağrıyır.
Çalışıram ki, izləməyim, çünki pis oluram. Elə zənn edirəm ki, yanımdadır, nə vaxtsa gələcək. Qapı açılan kimi elə bilirəm bu dəqiqə Vüqar içəri girəcək. Mən itirdiyimi itirmişəm, ürəyim partlayır. Şəkilləri ilə danışıram" deyə meyxanaçının atası bildirib.
Zakir Paşayev Vüqarın valideynlərinə sevgisindən də danışıb.
"Vüqar ata-ana istəyən oğul idi. Onun yerini digər övladlarım vermir. O ayrı idi, ondan yox idi. Anası onun ölümündən sonra çox yaşamadı. O qədər çox sevirdi ki, anasını.
Xəstə olduğunu biləndə ayaqlarından da öpürdü. Vüqar öləndən sonra adından istifadə edənlər də oldu. Gərək halallıq olsun. Evdəki əlyazmalarını, bir neçə qəzəllərini, külliyatını apardılar.
Sevdiyi bir şəxs var idi. Sinif yoldaşı idi, nəsə onların münasibəti alınmadı. Vüqar əsəbi, hövsələsiz biri idi. Onunla evlənməyinə razılıq vermişdim, amma sonradan həyatında peyda olan xanımla evliliyinə razı deyildim. Heç anası da razı deyildi" deyə meyxanaçının atası bildirib.
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi