Rusiya büdcəsinə martın sonuna 2,5 trilyon rubl əlavə gəlir daxil olub.
BUTA.TV-ın Musavat.com-a istinadən xəbərinə görə, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov məlumat verib.
Nazir bildirib ki, büdcənin neft-qaz gəlirlərinin azalması müşahidə olunur:
“Ona görə ki, neft-qaz qiymətləri büdcədə nəzərdə tutulandan bir qədər fərqlənir. Lakin əminəm ki, biz bütün büdcə öhdəliklərini yerinə yetirə biləcəyik”.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Xatırladaq ki, mart ayında baş nazir Mixail Mişustin bildirmişdi ki, Rusiya dövlət büdcəsinin kəsiri 3,3 trilyon rubl təşkil edir. “Elektron büdcə” sisteminin məlumatına əsasən, 28 mart tarixinə büdcənin gəlirləri 3,49 trilyon rubl, xərcləri isə 7,50 trilyon rubl təşkil edib. Bu isə büdcədə 4 trilyon rubldan yuxarı kəsirin olması deməkdir. Maliyyə nazirinin dediyi 2,5 trilyon bu kəsirin həcmini azaltsa da, onu tam aradan qaldırmağa yetərli deyil.
Qeyd edək ki, sanksiyalar üzündən neftini dünya bazar qiymətindən 40 dollara yaxın ucuz satan Rusiya bu ilin əvvəlindən büdcəni doldurmaqda ciddi çətinliklərlə üzləşib. Mart ayında neft qiymətlərinin 75 dollar civarına düşməsi bu çətinlikləri daha da artırır. Belə ki, Rusiya büdcəsi neftin 70 dollar qiyməti ilə hesablanıb. Bunun qarşılığında yanvar-fevral aylarında Rusiyanın əsas ixrac məhsulu olan “Urals” neftinin orta qiyməti 49 dollar təşkil edib.
Hazırda Rusiya OPEK+ razılaşmasına daxil olan ölkələrə hasilatı azaltmaqla bağlı təzyiq və təsirləri artırır. Rusiyanın özü martın 1-dən etibarən gündəlik hasilatı 500 min barel azaltdığını elan edib. Digər ölkələrin hasilatı azaltmasına nail olmaqla Rusiya dünya bazarında qiymətlərin 80 dollardan aşağı düşməsinin qarşısını almağa çalışır.
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir
- Göyçayda maşın su kanalına düşdü - Video
- Qarabağla bağlı yeni fond yaradılır
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...