İranda hicab qaydalarını riayət etməyən tələbələrə səhiyyə sistemi, yataqxana təminatı və başqa sahələrdə xidmət göstərilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə İran Səhiyyə və Elm, Tədqiqat və Texnologiya nazirliklərinin birgə bəyanatında bildirilib.
Bəyanatda məcburi hicab qaydalarına riayət etməyən qız tələbələrin qanun və qaydalara qarşı çıxdıqları halda tələbələr üçün nəzərdə tutulan bütün xidmətlərdən məhrum ediləcəkləri qeyd edilib.
İran parlamentinin Mədəniyyət komissiyasının üzvü Mürtəza Ağa Tehrani parlamentdə hicabsızlara qarşı cəzalarla bağlı yeni layihənin yaxın bir neçə gün ərzində təsdiq ediləcəyini deyib.
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- İsrail Livanda yeraltı sığınacaqları vurur
- Bayram Məmmədovun qardaşının ölüm səbəbi - Açıqlandı
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov