Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində isə 1.1 dəfə yüksək müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov
- Rusiyadan xahiş edirik, bunu satın... - Paşinyan
- “Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm” - Fermerlər şikayətçidir-Video
- Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
- İran bu AB ölkəsinə xəbərdarlıq etdi
- Prezidentin hesablarında Buxara səfəri ilə bağlı paylaşım - Video
- Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan