Sabah Ramazan ayının on üçüncü günüdür.
BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dədir.
Aprelin 4-ü üçün namaz vaxtları:
Sübh azanı 04:58
Zöhr azanı 12:44
Əsr azanı 17:16
Məğrib azanı 19:22
İşa azanı 20:25
İmsak duası:
“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”
Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul eləsin!
- Buxarada qarşılanma mərasimindən - Fotolar
- Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov
- Rusiyadan xahiş edirik, bunu satın... - Paşinyan
- “Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm” - Fermerlər şikayətçidir-Video
- Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
- İran bu AB ölkəsinə xəbərdarlıq etdi
- Prezidentin hesablarında Buxara səfəri ilə bağlı paylaşım - Video
- Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan