Dağ (Tex) kəndini Zəngəzur rayonunun qalan hissəsi ilə birləşdirən yolda Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaradıla bilər.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə ekspert Qarnik Davtyan deyib.
“Xəritələrə əsasən, Azərbaycan Dağ kəndi yaxınlığında mövqe təyin edib. Bu xəritəyə əsasən yuxarıdakı yolun kiçik - təxminən 200 metrlik hissəsi Azərbaycan ərazisindən keçir. Onlar Gorus-Qafan yolunda olduğu kimi, orada da keçid məntəqəsi quraşdıra bilərlər. Artıq Azərbaycanın informasiya seqmentində bu barədə söhbətlər gedir”, - o bildirib.
Qeyd edək ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri Ordumuz nəzarətə götürüb.
- Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi
- Dənizdə daha 2 nəfər batdı - Foto
- Rusiyada məktəblərdə zəng əvəzinə, mahnı çalınacaq
- Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto
- Bayramın qardaşı həbsdə vəfat etdi - Anasının ölümündə şübhəli idi