Təbrizdəki Baş konsulluğumuza qarşı təhlükənin olduğu haqda yazmışdıq: keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdığı “Hüseyniyyun” terror qruplaşmasının addımı İranın konsulluğumuza qarşı təxribatları terror mərhələsinə keçirə biləcəyi gözləntisini daha da artırır.
Burada iki məqam xüsusilə diqqət çəkir:
Birincisi, qruplaşmasının verdiyi bəyanatdır: “Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”;
İkincisi, İran mediasının qruplaşmanın “etiraz aksiyası”nı “Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” olaraq təqdim etməsidir.
Tehran rejimi konsulluğumuzu “MOSSAD yuvası” kimi təqdim etməklə müdaxiləyə əsas yaradır və istisna deyil ki, mümkün müdaxilə ssenarisi “Təbriz gənclərinin “MOSSAD yuvası”na etirazı” adı altında edilə bilər.
- Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan
- Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi
- Dənizdə daha 2 nəfər batdı - Foto
- Rusiyada məktəblərdə zəng əvəzinə, mahnı çalınacaq
- Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto