"Avro Qrand” şirkətinin sahibi olduğu deyilən tikinti maqnatı Xanlar Cəfərov həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. İş baxılması üçün Ağır Cinayətlər Məhəməsinə göndərilib.
Onun əməllərindən 12 nəfər (aralarında dövlət qurumlarının əməkdaşları da var) zərərçəkmiş qismində tanınır.
İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Xanlar Cəfərovun sahibi olduğu "Avro Qrand” şirkətinin hazırda 1,4 milyon manatdan çox vergi borcu var.
Qeyd edək ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınmada təqsirləndirilən Xanlar Cəfərov 1 milyon manat vergi borcunu ödədikdən sonra şərti azadlığa buraxılıb. Həmin il Xanlar Cəfərovun rəhbəri olduğu "Avro Qrand” şirkəti Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.
Onun barəsində 2019-2021-ci ildə də 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdı. Müəmmalı səbəblərdən o hər bir məhkəmədə azadlığa buraxılıb.
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…