Ermənistanın Daşnaksütyun Partiyası təcili bütün qüvvlərin birləşməsi təklifi ilə çıxış edib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, partiya yaydığı bəyanatda Ermənistan baş nazirinin Bakı ilə sülh müqaviləsini imzalamağa hazırlaşdığını və buna görə də ona müqavimət göstərilməsi gərəkdiyi bildirilib.
Vurğulanıb ki, Ermənistan hakimiyyəti ölkəni Zəngəzurda yeni müharibəyə doğru aparır:
“Daşnaksütyun Partiyasının Ali Orqanı bir daha təsdiq edir ki, Ermənistan hakimiyyəti çoxdan ölkəmizin təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən imtina edib. O bizi yeni müharibəyə və sülh gündəmi adı ilə yeni güzəştlərə aparır. Çətinləşən şəraitdə Ermənistanın milli maraqlarını rəhbər tutan bütün sağlam gücləri birləşməyə çağırırıq ki, düşmənin xidmətçiləri olan hökumətin öldürücü milli siyasətinin davam etməsinə imkan verməyək”.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
Qeyd edək ki, bundan öncə Bakı ilə İrəvan arasında Laçın yolu haqda razılaşma icra edilib. Azərbaycan ordusunun bölgədəki bir sıra ərazilərə yerləşməsindən sonra Ermənistan tərəflər arasında sərhədin keçdiyi ərazidəki bütün ordu bölmələrini geri çəkməyə başlayıb. Onun yerinə isə əraziyə sərhədçilər yerləşdirilib. Ən maraqlı məqam hadisənin yaşandığı gün AB İttifaqının sədri Şarl Mişelin Paşinyana zəng etməsi olub. Belə ki, bu, son bir həftədə tərəflər arasında ikinci telefon danışığı olub. Məhz bu məqam gündəmə yeni Brüssel görüşü və İrəvanın sülh müqaviləsinə imza atmağa razılaşması ehtimalını gətirib.
- İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat
- Uşaq evində 1 yaşlı uşaq qızılcadan öldü
- Xaricdə təhsil almaq istəyənlərin nəzərinə! - Tarix...
- 22,7 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
- Bu yolda sürət həddi endirildi
- DYP-dən dumanlı hava ilə bağlı müraciət
- Astarada əməliyyat: saxlanılanlar var - Video
- Bakıda duman müşahidə olunur