Din siyasətdən ayrı olmalıdır. Amma bildiyimiz kimi, İranın konstitusiyasında din dövlətçiliyin bir hissəsi olaraq qəbul olunur. Buna görə də öz siyasətinə uyğun olaraq onlar istənilən tədbirləri keçirə bilərlər və bu, İranın daxili işidir. Ancaq soydaşlarımızın Xudafərin körpüsünə axını, futbol oyunlarında səsləndirilən şüarlar və s. haqqında çoxlu sayda videolar var. Ona görə düşünürəm ki, bu addım Azərbaycana qarşı bir növ cavab cəhdidir. Onlar məsələyə siyasi don geyindirmək istəyir.
Bu sözləri BUTA.TV-a Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının öz “bayraqları”nı quraşdırması haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarov qeyd edib ki, onlar Azərbaycan dövlətini və siyasi qurumlarını guya dindən uzaq kimi göstərməyə çalışır:
“Belə tədbirlərin keçirilməsi nə birincidir, nə də sonuncu olacaq. Ancaq biz azərbaycanlılar olaraq İranın daxilində çoxlu sayda soydaşımızın, dostumuzun olduğunu unutmamalıyıq”.
- Bizi KTMT-dən çıxarsalar, sevinərəm - Paşinyan
- Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi
- Dənizdə daha 2 nəfər batdı - Foto
- Rusiyada məktəblərdə zəng əvəzinə, mahnı çalınacaq
- Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto